14 yaşlı yeniyetmənin işgəncələrə məruz qalması ilə bağlı ŞOK TƏFƏRRÜAT - VİDEO

14 yaşlı Ü.M-nin işgəncələrə məruz qalmasının təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı yeniyetmənin qonşuları danışıb.
Qonşulardan birinin sözlərini görə yeniyetmənin atası anasını öldürüb və bu hadisədən sonra onun qəyyumluğu anasının yaxını olan Günay adlı qadına verilib.
Belə ki, qonşulardan birinin sözlərinə görə yeniyetməyə qəyyumluq edən şəxs onu zəncirə bağlayaraq günlərlə ac-susuz saxlayıb.
Həmin hadisəni bilən qonşular dəfələrlə polisə müraciət etmək istəsələr də, qadın onları təhdid edərək elə qızının da polis olduğunu deyib.
***
Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan 14 yaşlı yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
Bununla bağlı Avtosfer.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.
Xatırladaq ki, 14 yaşlı yeniyetmənin qardaşı 21 yaşlı F.Məmmədov bildirib ki, xalalarının qardaşına işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır və onlar atalarının etdikləridir.
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA












