15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunub. Onun Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə Xocavənd rayon sakini Nicat Tağıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 300 qrama yaxın narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Elçin Quliyev tutulub. Onun üzərindən 5 qram heroin, 5 qram tiryək, Abşeron rayonu Digah qəsəbəsində yol kənarında gizlətdiyi yerdən isə 6 kiloqram heroin və 700 qram tiryək aşkar olunaraq götürülüb.
Sonuncu məliyyatlar nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Bakı şəhərində qəbul edibr və gizlədiblər. Onlar ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməli imişlər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.







Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











