190 manat SMS-ləri: maşını yoxdur, ancaq imtina gəlir... – Səbəb

Heç cür mümkün deyil ki, kiminsə adına avtomobil olsun və onun bundan xəbəri olmasın. Kiminsə adına avtomobil keçirmək üçün prosesdə şəxsin özü də mütləq şəkildə iştirak etməlidir.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı 190 manat üçün müraciət edən şəxslərdən bəzilərinə özünün və ya həyat yoldaşının adına nəqliyyat vasitəsinin olması ilə bağlı gələn SMS haqda danışarkən deyib. E.Muradlı bildirib ki, birinin adına avtomobil keçirmək elə də asan proses deyil:
“Maşını olmadığı halda bir çoxuna gələn bu SMS-lər olduqca əhəmiyyətlidir və diqqətli olmaq lazımdır. Bir çoxunun təəccübünə səbəb olub ki, mənim və ya həyat yoldaşımın adına nəqliyyat vasitəsi olmadığı halda bu cür mesaj necə gələ bilər. Burada diqqət edilməli məqam ondan ibarətdir ki, həqiqətən də kiminsə avtomobili sizin adınıza ola bilər və siz bunu unuda bilərsiniz. Bir çox hallarda olur ki, rayonda yaşayan biri Bakıda avtomobil alır və maşında Bakı nömrəsi saxlamaq üçün onu şəhər qeydiyyatında olan dostun, tanışın, qohumun adına keçirir. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Hətta belə problemlə bağlı məhkəmə prosesləri də olub”.
E.Muradlı bildirib ki, bu kimi şübhəli məqamlarda vətəndaş Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər:
“Müraciət zamanı sistemdə həmin şəxsin adına avtomobil olub-olmadığını müəyyən etmək, avtomobil nə vaxt, hansı ildə alınıb, kim alıb, müəyyən etmək mümkündür. Bu SMS-lərdən narahatlığı olan istənilən vətəndaş DİN-ə və BDYPİ müraciət edib, dəqiqləşdirə bilər. Həmçinin ərazi üzrə Polis İdarəsinə rəsmi qaydada məlumat vermək olar”.
Xatırladaq ki, 190 manat üçün müraciət edənlərin bir çoxuna özünün və ya həyat yoldaşının adına bir neçə nəqliyyat vasitəsi olduğu üçün imtina cavabı verilib.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










