“2 676 sahibkarlıq subyekti sanitar-epidemioloji tələbləri pozub”

İqtisadiyyat Nazirliyi iyunun 13-də xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə növbəti monitorinq keçirib.
Nazirliyin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, növbəti monitorinqlərdə Binəqədi rayonunda “Mila vitsa mağazası”nda, “Fərid market”də, “Miri Məzi market”də, Yasamal rayonunda “Ama market”də, “Xəzər market”də, “Sizin market”də, “Hicab mağazası”nda, Rəna Əliyeva məxsus “Xırdavat” mağazasında, Xətai rayonunda “Gül dünyası” pərakəndə ticarət obyektində, “Meyvə yarmarkası”nda, Fərəc Süleymanova məxsus “Ət mağazası”nda, Səid Manaflıya məxsus “Şərab evi”ndə, Səbail rayonunda “Ləzzət” və Tural Bağırova məxsus “Toyuq məhsulları” mağazalarında, Füzuli Abbasova məxsus “Kafe”də, Sabunçu rayonunda Məmməd Xudaverdiyeva məxsus “Quru meyvələr” dükanında, Nizami rayonunda “İsgəndər dönər”, “Lyuks dönər” ictimai iaşə obyektlərində, “Sürətli karqo” xidmət obyektində, Gəncədə Elnur Məmmədova məxsus “Fuji Film” xidmət obyektində, “Ay Çiçəyim” gül satışı və xidmət obyektində, “Zoo Gəncə” ticarət obyektində, Şəkidə “Saloon qadın geyimləri mağazası”nda, “Ay işığı kafesi”ndə, Abşeron rayonunda “Cehiz aləmi”, “Fərid inşaat” ticarət və xidmət obyektlərində, Füzuli rayonunda “Əli Market”də, Çərkəz Tağıyevə məxsus tikinti materiallarının satışı mağazasında, Lənkəran rayonunda “Monica ayaqqabı və çanta dükanı”nda, “Oliqarx Denim” mağazasında, “Qala Dönər”də, Ucar rayonunda “Oba market”də, Xaçmaz rayonunda “Seyid market”də, “Tural mağazası”nda, “Bosfor kafesi”ndə, ümumilikdə monitorinq keçirilmiş 327 obyektdən 148-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Qeyd edək ki, mayın 22-dən iyunun 16-dək 6086 sahibkarlıq subyektində monitorinq keçirilib və 2676 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












