2 saatlıq icazə alıb Bakıdan rayona gedənlərin maşınından görün nələr tapıldı - VİDEO

İstirahət üçün şimal bölgəsinə gedən şəxslərin avtomobilindən narkotik maddə aşkar edilib. DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakinləri Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai” markalı maşınla Bakı-Quba istiqamətində hərəkətdə olan zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu ərazisində quraşdırılan müvəqqəti stasionar postda saxlanılıblar.
Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsilə ərzaq almaq üçün 2 saatlıq icazə alıb, istirahət etmək məqsədilə şimal bölgəsinə getmək istəyiblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli aparıblar. Bu zaman onların üzərində və nəqliyyat vasitəsində axtarış aparılıb və üç kibrit qutusunda marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan Mustafa Əsgərov istintaqa ifadəsində əməlini etiraf edib: “Xaçmaza gedəndə polis bizdən şübhələndi. Maşınımızı axtaranda bir qutu marixuana tapdı”.
Murad Quliyev narkotik vasitəni avtomobildə gizlətdiklərini bildirib: “Bazar günü idi. İstirahət üçün şimal bölgəsinə gəldik. Gələndə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları bizi saxladılar. Bizim üstümüzdən marixuana tapdılar. Maşında gizlətmişdik”.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











