20-dən artıq avtobusda spirt qablarına ziyan vurulub - FOTO

"Xaliq Faiqoğlu" şirkəti hər zaman olduğu kimi kəskin respirator virusun kütləvi yayılma riskinin mövcud olduğu hazırki dönəmdə də sərnişinlərin təhlükəsizliyi və rahatlığı istiqamətində zəruri tədbirlər həyata keçirir. Lakin bəzi hallarda bir çox sərnişinlərin onlar üçün yaradılmış şəraitə və ictimai nəqliyyatda davranış qaydalarına yaraşmayan hərəkətlər etməsi, ictimai mülkiyyətə qəsdən ziyan vermələri hallarına tez-tez rast gəlinir.
Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, son günlərdə 20-dən artıq avtobusda bəzi insanlar sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün quraşdırılan və spirt tökülən qabları qıraraq və ya yerindən qopararaq yararsız hala salıb. Bəzi hallarda sərnişinlərin qablardakı spirti qəsdən yerə boşaltması, lüzumsuz formada istifadə etməsi, özləri ilə götürdükləri qablara boşaltması halları da müşahidə edilir.
"Xaliq Faiqoğlu" şirkəti olaraq sərnişinlərimizdən ictimai mülkiyyətə diqqətlə yanaşmalarını və bacardıqları qədər qorumalarını xahiş edirik. Mülkiyyətə qəsdən ziyan verən şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Orxan
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
















