20 gündür yoxa çıxan avtomobil tapıldı - VİDEO

Avtomobilini ustaya verən paytaxt sakinin başına qəribə hadisə gəlib. İki günə təmir edilməli maşın 20 gündir ki, tapılmırdı.Usta işlədiyi servisdən çıxaraq avtomobili də özü ilə aparıb.Avtosfer.az xəbər verir ki, XəzərXəbər-in çəkiliş qrupunun müdaxiləsi ilə maşını tapmaq mümkün olub.
2 günə təmir edilməli maşın 20 gündür ki, yoxa çıxıb.
Paytaxt sakini Vüqar Qasımov avtomobilini təmir üçün servisə gətirib.Usta ona avtomobili 2 günə hazır edəcəyini deyib və 370 manata başa gələcək təmir üçün ilkin olaraq 170 manat pul alıb. Lakin sonradan hər gün fərqli bəhanə gətirərək təmirin uzandığını deyib.
Vüqar Qasımov sonradan qalan pulu da kart vasitəsi ilə ustaya ödəyib. Lakin nə qədər ustaya zəng vursa da, onu tapa bilməyib. Avtomobilin təmir edildiyi servisdə isə nə maşını nə də ustanı görmədiklərini deyiblər.
Biz də Avtomobilin təmir üçün aparıldığı həmin servisə baş çəkdik. Oradan bildirdilər ki, həmin usta artıq burda işləmir. Həmin avtomobili isə başqa servisdə görüblər. Birlikdə deyilən ikinci servisə yollandıq. Vüqar Qasımova məxsus avtomobili məhz orada tapdıq. Özü də təmirsiz vəziyyətdə.
Vüqar Qasımov ustanın tapılması və ona dəyən ziyanın ödənilməsi üçün 102 xidmətinə müraciət edib.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










