"20 Yanvar dairəsində süni sıxlığın səbəbi..." - VAQİF ƏSƏDOV

“Hal-hazırda işıqforlada yaranmış nasazlıqlar aradan qaldırılana qədər əməkdaşlarımız ərazidə xidmət aparır və keçmə növbəliyini təmin edir”. Bu sözləri News24.az-a Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov paytaxtda işıqforların işləməməsi ilə bağlı yollardakı son vəziyyət haqda açıqlama verərkən deyib. O qeyd edib ki, yaranan vəziyyətlə bağlı xoşagəlməz hal qeydə alınmayıb: “20 Yanvar dairəsində hərəkətin dəyişiklik edilməsi ilə bağlı Müzəffər Hüseynov küçəsi istiqamətində süni sıxlıq yaşanır. Həmin ərazidəki sıxlıq dayanma-durma və ya parklanma tələblərinin pozulması ilə əlaqədardır. Artıq əməkdaşlarımız və aidiyyatı qurumujn ora dəvət edilməsi bu problemi aradan qaldırıb”.
V.Əsədov bu kimi hallarda sürücü və piyadaların necə hərəkət etmələri ilə bağlı tövsiyə də verib: “İşıqforların hər hansı bir səbəbdən işləmədiyi halda sürücülər və piyadalar çaşmamalıdırlar. Ümidvaram ki, belə olduğu halda bütün növ hərəkət iştiakçıları öz hərəkərlərini davam etdirirlər. Nizamlanan yol ayrıcında, yəni işıqforla tənzimlənən yol ayrıcında işıqforda hansısa texniki nasazlıq baş verərsə, sürücülər bilir ki, həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidir. Əgər həmin ərazidə yol nişanı yoxudrsa, sağdan keçən nəqliyyat vasitəsinə üstünlük verməklə hərəkətinə davam etdirməlidir”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












