2015-in son yol qəzalarında 4 nəfər öldü

2015-ci ilin son günündə Azərbaycanda 3 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 31-də saat 08 radələrində Mərdəkan qəsəbəsində Bakı şəhər sakini Hacıağa Süleymanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən həmyerlisi Reyhan Zeynalovanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Dekabrın 31-də saat 21 radələrində isə Astara rayonunun Kələdəhnə kəndində rayon sakini Kamil Qəhrəmanov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - həmyerlisi Qeysər Qəhrəmanov hadisə yerində ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır.
Bakının Sabunçu qəsəbəsində də dekabrın son günü qəza baş verib. Saat 05 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Şahin Abbasov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Mədinə Qurbanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Fidan
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












