26 marşrut xətt üzrə 40-a yaxın küçə və yol təmir olunur

Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən küçə və yollar təmir olunur.
Avtosfer.az xəbər verir ki, təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır.
Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail,Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yollarda görülür.
Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Asfaltlanma işləri ümumilikdə 1500 kv.m-ə yaxın sahəni əhatə edəcək.
Gültən
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO











