28 yaşlı gəncin ölümünə səbəb olan sürücü tutuldu - FOTOLAR

Astaranın Siyavar kəndi ərazisində bu axşam Lənkəran sakinini maşın vurub. "Report"un məlumatına görə, Lənkəranın Şahağacı kəndinin sakini 1988-ci il təvəllüdlü Həsənov Zamin Zahir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Şahidlərin sözlərinə görə, hadisəni törədən "Qazel" markalı maşın olub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib. 28 yaşlı gənci vuraraq qaçan sürücü polis tərəfindən saxlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Astara sakini Həsənov Zamin Zahir oğlunun ölümünə səbəb olan şəxs Şürük-Siyavar-Bazar marşrutu üzrə hərəkət edən 42-BK-492 dövlət nişanlı "Mercedes" markalı avtonəqliyyat vasitəsinin sürücüsüdür. O, hadisə yerindən qaçsa da polis tərəfindən Lənkəran rayonunun ərazisində şübhəli şəxs qismində saxlanılıb. Polisdən verilən məlumata görə, sürücü Lənkəranın Digah kəndinin sakini Cəfərov İzzət Qurban oğludur.
Astara polisi tərəfindən araşdırma aparılır.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
















