287 min şəxsə 190 manat birdəfəlik ödəmə veriləcək

Daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.
Avtosfer.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Az TV-yə müsahibəsində bildirib.
Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək.Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











