“3 aydır Ədliyyə Nazirliyi məni get-gələ salıb” - Şəhid atası

Vətən Müharibəsində şəhid olan Muxtar Qasımlının atası Əli Qasımlı oğlunun adına İctimai Birlik yaratmaq istəsə də, uzun müddətdir, buna nail ola bilmir.
“Qafqazinfo”ya müraciət edən şəhid atası 3 aydan çoxdur ki, sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdiyini, lakin işinə baxılmadığını deyir: “Ötən ilin dekabrında lazım olan sənədləri toplayıb Ədliyyə Nazirliyinə müraciət etdim. Məni nazirliyin nəzdindəki Qeydiyyat və Notariat Baş İdarəsinə yönləndirdilər ki, bu müraciətlərə orada baxılır. Lakin həmin idarə də məni get-gələ salıb. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ortada nəticə yoxdur”.
Ə.Qasımlının sözlərinə görə, yaratmaq istədiyi təşkilatın adı “Muxtar gənc qazilər və şəhid ailələri” İctimai Birliyidir: “Əslində birlik 3 aydır yaranıb, təsisçi də özüməm. Sadəcə olaraq, rəsmi qeydiyyata alınmasını xahiş edirəm. Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam. Yenə də cavab ala bilməmişəm. İdarəyə dedim ki, heç olmasa mənə bir rəsmi sənəd verin və əsaslandırın ki, bu birliyi qeydiyyatdan keçirmirik. Suraxanı rayonunun deputatı Etibar Əliyev öz adından ədliyyə naziri Fikrət Məmmədova kömək göstərməsi üçün məktub yazdı. Hələ ki, cavab yoxdur, gözləyirik”.
Həmçinin oxuyun: “Muxtardan sonra heç vaxt həmin yeməyi bişirmədim...”
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qeydiyyat və Notariat Baş İdarəsindən “Qafqazinfo”ya verilən cavab belə oldu: “Ərizə baxılması üçün daxil olub, cavab müraciət edənin ünvanına göndərilib”.
Dəqiqləşdirmə aparmaq məqsədilə yenidən şəhid atası ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı ünvanına hər hansı cavab göndərilmədiyini bildirdi.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Muxtar Qasımlı idmançı kimi tanınıb və fitnes üzrə Azərbaycan çempionluğunu qazanıb. 2020-ci il oktyabrın 2-də Füzulidə əsgər yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olub. "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











