3 nəfər qəbul imtahanından xaric olundu

Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Dövlət İmtahan Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.
Qeyd edək ki, avqustun 14-də DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












