30-dan artıq evdən oğurluq edən dəstə tutuldu - FOTO - VİDEO

Suraxanı rayonu Bülbülə qəsəbəsi sakini olan bir nəfərin evindən oğurluq edilib. Zərərçəkən ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə bu barədə məlumat verərək mənzilindən 7 min manat dəyərində 1 ədəd televizorun, kombi aparatının, eləcə də digər məişət əşyalarının oğurlandığını bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxslər – Sadiq Şəfiyev, Elşən Məmmədov. Canəli Mustafayev, Kəmalə Mustafayeva, Habil Nağıyev və Həsən Abbasov saxlanılıblar. Onların Suraxanı, eləcə də paytaxt və respublikanın digər rayonlarından ümumilikdə 30-dan çox evdən əsasən məişət əşyaları oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük vəsiqəsi də yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO



















