37 yaşlı kişi borc üstündə bıçaqlanıb – Bakıda
Gündəm
21 May 2020 08:00
Oxunub 1026

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bel və budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.
Məlumata görə, hadisə borc üstündə olub. ("Report")
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













