5 kəndi birləşdirən yolda tikinti işləri yekunlaşır

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Salyanın Çuxanlı, Gəncəli, Piratman, Parça-Xələc və Seyidan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi uğurla davam edir. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Parça-Xələcdən Çuxanlı kəndinədək uzunluğu 15 kilometr olan yolun tikintisi yekunlaşmaq üzrədir. Tikinti işləri bu il yanvar ayının sonlarında başa çatacaq. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən yolda tikinti işlərinin sürətlə aparılması üçün işə bütün lazımi maşın-mexanizm cəlb olunub. Kəndləri birləşdirən yolun ümumi eni 10 metr, asfalt hissəsi 6 metr, döşənəcək asfalt ikiqat olmaqla qalınlığı 10 santimetr təşkil edəcək. Tikinti zamanı mövcud olan körpülər əsaslı təmir ediləcək, suötürücü borular yeniləri ilə əvəzlənəcək. Yolun tikintisinin başa çatması ilə yaşayış məntəqələrinə gediş-gəliş yaxşılaşacaq.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












