600-ə yaxın aviareys ləğv edildi

Yaponiyada 600-ə yaxın daxili aviareys ləğv edilib. Bu addım ölkənin cənub hissəsinə yaxınlaşan “Hayşen” qasırğası səbəbindən atılıb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası xəbər verib. 100 şənbə günü reysi ilə yanaşı, yerli aviakompaniyalar azı 484 bazar günü reysini ləğv etməli olub.
“JR West” dəmiryol operatoru isə əlverişsiz hava şəraiti səbəbindən sentyabrın 7-dən ölkənin qərb və cənubi-qərbində sürətli qatarların hərəkətini dayandırmaq, həmçinin Yaponiyanın mərkəzi və qərb hissələri arasında reyslərin sayını azaltmaq qərarına gəlib. Hiroşima və Hakata (Fukuoka prefekturası) arasındakı marşrutda sürətli qatarların hərəkəti dayandırılacaq. Həmçinin, dəmiryol operatoru Osaka və Hiroşima arasında reyslərin sayını azaltmağı planlaşdırır.
Hal-hazırda “Hayşen” Sakit okean boyunca Yaponiyanın ən cənub prefekturası – Okinavaya doğru hərəkət edir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











