“8 Noyabr” prospektində piyada və sürücülərə ÇƏTİNLİK YARADAN NİŞAN - FOTO

Paytaxtın “8 Noyabr” prospektində quraşdırılan yol nişanı həm piyadalara, həm də sürücülərə çətinlik yaradır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb. Belə ki, “Baş yol” nişanı piyadalar üçün nəzərdə tutulmuş səkidə quraşdırılıb. Nəticədə nişan, piyadaların səkiylə hərəkətinə əngəl törədir. Digər tərəfdən onun yanlış yerdə quraşdırılması sürücülərin də görünüş dairəsini məhdudlaşdıraraq problem yaradır. Məlumdur ki, günün qaranlıq saatlarında avtomobilin fənərləri yol kənarındakı nişanların üzərində əks olaraq sürücülərə xəbərdarlıq edir. Lakin sözügedən ərazidəki nişanı sürücülər görməyə bilər.
Qeyd edək ki, yol nişanı ilə piyada səkisi arasında ən azı 1 metr məsafə qoyulmalıdır. “Yol Hərəkəti Haqqında” qanunun 61-ci maddəsinin 9-cu bəndinə görə isə, yol çiyninin torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5 - 2,2 metr olmalıdır.
Ümid edirik ki, xoşagəlməz halla bağlı aidiyyəti qurumlar qısa zamanda tədbir görəcək.
Nərmin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













