80 il öncə nəsli tükənmiş heyvanın videogörüntüsü ortaya çıxdı - VİDEO

Tasmaniya pələnginin (həmçinin kisəli qurd və ya tilatsin adlanır) sonuncu olduğu güman edilən videogörüntüləri ortaya çıxıb.
Görüntülər Avstraliyanın Milli Kino və Səs Arxivində aşkarlanıb.
Bildirilib ki, videoçarxdakı heyvanın adı Bencamindir. Görüntülərdə o, Avstraliyanın Tasmaniya ştatının Hobart zooparkında qəfəsdə gəzişir.
Məlumata görə, video 1935-ci ilin dekabrında, Bencaminin ölümündən təxminən bir il öncə çəkilib.
Mütəxəssislər üçün bu videoçarx əsl hədiyyəyə çevrilib. Belə ki, kisəli qurdun şəkilləri belə, demək olar ki, qalmayıb.
Qeyd edək ki, Avstraliyaya köçmüş ilk avropalı sakinlər tilatsinləri mal-qaranı qorumaq məqsədilə qırmağa başlayıb. Hələ o çağda Tasmaniya pələnglərinin nəsli kəsilmək üzrə idi.
Tilatsinlər 80 ildir görünmədiyinə görə soyu tükənmiş sayılır. Bir neçə il öncə bu heyvan növünü gördüyünü iddia edən şahidlər olsa da, bu olay öz təsdiqini tapmayıb. (“Report”)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












