90 km/saat sürət limiti olan maşın 104 km/saat sürətlə radara düşdü - VİDEO

Sürət limiti 90 kilometr saat olan yük avtomobilinə 104 kilometr saat sürəti aşması barədə cərimə gəlib. Sürücü isə iddia edir ki, onun avtomobilində bu mümkün ola bilməz. Sürət həddini aşdığına görə təyin edilən cərimə məbləği isə artmaqdadır. Baş dövlət yol polisi idarəsində isə sürücü ilə bağlı araşdırma aparılarkən maraqlı məqamlar ortaya çıxıb.
Yük maşını saatda 90 kilometr sürətlə getdiyi yolda, 104 kilometr sürətlə radara düşüb.
Hadisə Bakı-Qazax magistralının 340-cı kilometrliyində Gəncə şəhərinə yük aparan Malik Hümbətovun başına gəlib. Sürücü iddia edir ki, onun maşınında sürət həddi maksimum 90 kilometr saat müəyyən edilib. O, istəsə də bu sürəti keçə bilməz.
Yük daşıma ilə məşğul olan Malik Hümbətov deyir ki, bölgələrə ərzaq aparır. İşlədiyi şirkət isə bütün yük avtomobillərinin sürət həddini 90 kilometr saatla məhdudlaşdırıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin sürücü ilə bağlı idarədə araşdırma aparılarkən xüsusi texniki vasitələrlə qeydə alınan video görüntülərin, həmin sürücünün kobud qayda pozuntusunu ortaya çıxarıb. O bildirdi ki, sürücü ötmə əməliyyatı edərkən qaydaları kobud şəkildə pozub. Həmin yolda sürət həddi 70 km/saat olduğu halda sürücü 104 km/ saatla hərəkət edir. Kamran Əliyev bildirdi ki, bununla belə sürücü elektron qaydada onlara müraciət edə bilər.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












