ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - FOTO

ABŞ-da erməni yalanlarına qarşı etiraz aksiyaları davam edir. Bu gün Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə həmvətənlərimiz ermənilərlə üz-üzə gəliblər.
Yarım milyon erməninin yaşadığı və baş nazir Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Həmvətənlərimiz Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının önündə aksiya təşkil etməyi planlaşdıran ABŞ-dakı əsas erməni lobbi təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) üzvlərinin önünə canlı sipər çəkiblər.
Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən tarixi faktlar, habelə ermənilərin Azərbaycanın sərhəd rayonu olan Tovuzda təxribat zamanı şəhid olmuş hərbçilərin fotoşəkillərindən ibarət plakatlarlarla “Terrorçu Ermənistan”, “İşğalçılığı dayandır”, “Uşaq qatilləri”, “Ar olsun Ermənistana!” şüarları səsləndiriblər. Aksiya zamanı ermənilər təxribata əl atıblar. ABŞ poilisi yüzlərlə erməninin toplaşdığı ərazidə təhlükəsizliyi təmin etməyə çalışsa da, aksiya insitentsiz ötüşməyib. Ermənilər həmvətənlərimizə hüçum çəkiblər. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralanıb. (“Report”)





Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











