ABŞ-da koronavirusa rekord sayda yoluxma qeydə alınıb

ABŞ-da bir gün ərzində koronavirusa yoluxma sayı pandemiyanın başlanğıcından qeydə alınan antirekordu ötüb. Bu barədə “The Washington Post” qəzeti bildirib.
Qeyd edilir ki, son sutkada ölkədə virusa yeni yoluxma 57 497 təşkil edib. Buna qədər virusa ən böyük yoluxma 2 iyulda qeydə alınıb. Həmin gün 55 220 nəfərdə koronavirus aşkarlanıb.
Son doqquz gün ərzində belə pik göstəricilər yeddi dəfə qeydə alınıb. Son məlumatlara görə, ABŞ-da COVID-19-a ümumilikdə 2 890 588 yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 132 101 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 1 235 488 pasiyent sağalıb. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










