ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

ABŞ-da koronavirusun yayılması yeni rekorda səbəb olub. Yoluxucu xəstəlik səbəbindən ölənlərin sayı 100 minlik həddi keçib.
ABŞ federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə 100 047 nəfər koronavirus səbəbi ilə ölüb. Bu, dünya üzrə ən böyük göstəricidir. ABŞ yoluxanların ümumi sayına görə də liderdir - təqribən 1,75 milyon nəfər.
Son sutka ərzində ən çox yoluxma hadisəsi Braziliyada qeydə alınıb – təxminən 20,6 min. Bu həm də sutkalıq rekord artımdır. Cənubi Amerikanın ən böyük ölkəsində koronavirusa yoluxanların ümumi sayı 400 min nəfəri keçib. Üstəlik, son bir neçə gündə infeksiyanın yüksək yayılması səbəbi ilə bu ölkə yoluxmuş insanların sayına (təxminən 414 min nəfər) görə dünyada ikinci yerə çıxıb.
Qeyd edək ki, pandemiyanın başlanmasından bəri dünyada 5,8 milyondan çox insan koronavirusa yoluxub, onlardan 358 minə yaxın insan ölüb. (“Report”)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











