ABŞ-da “TikTok” qadağan oluna bilər

ABŞ hökuməti ölkə ərazisində Çin istehsalı olan “TikTok” tətbiqinin istifadəsinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir. Bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo söyləyib. “Biz bunu çox ciddi yanaşırıq və şübhəsiz ki, bunu nəzərdən keçiririk”, - Pompeo aparıcının ABŞ-ın daha əvvəllər Hindistanda qadağan edilmiş Çin istehsalı olan sosial şəbəkələrin, o cümlədən də “TikTok” tətbiqinin işinə qadağa qoyulması məsələsinin nəzərdən keçirilməyə ehtiyac olub-olmadığı barədə sualına cavab verərkən deyib.
“İnsanların mobil telefonlarına quraşdırılmış Çin tətbiqlərinə gəlincə, sizi əmin edə bilərəm ki, ABŞ hər şeyi ən düzgün qaydada edəcək”, - Pompeo söyləyib.
Aparıcının telefona “TikTok” tətbiqini quraşdırmağı tövsiyə edib-etməməklə bağlı sualına isə Pompeo belə cavab verib: “Şəxsi məlumatlarınızın Çin Kommunist Partiyasının əlinə keçməsini istəyirsinizsə, istifadə edin”. (Report)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












