ABŞ-da yük maşınlarından koronavirusdan ölən meyitlər aşkarlandı

ABŞ-ın Nyu-York şəhərində polis içərisində onlarla insanın çürümüş cəsədi olan yük maşınları aşkarlayıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Bruklin rayonunda qeydə alınıb. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, ərazidə yaşayan sakinlər polisə ətrafdan pis qoxunun gəlməsi ilə bağlı şikayət ediblər.
Bundan sonra deyilən ünvanlarda araşdırma aparan hüquq-mühafizə orqan əməkdaşları içərisində meyitlərin olduğu yük maşınları aşkara çıxarıblar.
Qəzet, maşınlarda olan insanların koronavirusdan öldüklərini, lakin ölənlərin sayı barədə dəqiq məlumatlarının olmadığını yazıb.
Nəşr həmçinin qeyd edib ki, yük maşını dəfn bürosuna məxsus olub, soyuducu kameralarında nasazlıq yarandığından onlar meyitləri yük maşınlarında saxlamaq məcburiyyətində qalıblar. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












