ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi - FOTO

ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub.
Uçuşda Vaşinqtonda, Los-Ancelesdə, Floridada, Fladelfiyada, Nyu-Yorkda və ABŞ-ın digər şəhər və ştatlarında təhsil alan, yaşayan həmvətənlərimizin təxliyəsi baş tutub.
210 həmvətənimizin təxliyəsinin reallaşdığı çarter uçuşu Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə "Report"a açıqlamasında bildirib ki, təxliyə olanan vətəndaşlar arasında daha çox tələbələr, yaşlı insanlar və maddi çətinliklərlə üzləşən vətəndaşlarımız üstünlük təşkil edir: “Bu gün ilk dəfə olaraq ABŞ-da yaşayan vətəndaşlarımızın təxliyə uçuşu həyata keçirildi. Bu uçuşla ölkəmizə 210 nəfər vətəndaşı yola saldıq. Həmvətənlərimizin ən qısa zamanda ölkəmizə sağ-salamat çatmasını diləyirik”.
Konsul yaxın tarixlərdə növbəti çarter uçuşlarının da olacağını deyib: “Növbəti çarter uçuşları ilə bağlı işlər görüləcək və bunun üçün yeni siyahılar tərtib olunacaq. ABŞ-da yaşayan bütün vətəndaşlarımıza xatırlatmaq istərdim ki, səfirlikdə müvafiq qaydada qeydiyyatdan keçsinlər. Bu zəruridir, çünki yaxın gələcəkdə təşkil olunan reyslər vətəndaşlarımızın müraciətləri sayəsində dəqiqləşəcək”. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT














