ABŞ Fransadan idxal edilən mallara əlavə rüsum tətbiq edəcək

ABŞ hökuməti Fransadan idxal edilən 1,3 milyard ABŞ dolları həcmində olan mallara 25% həcmində əlavə rüsum tətbiq edəcək.
Müvafiq qərar Fransanın rəqəmli xidmətlər göstərən ABŞ şirkətlərinə vergi tətbiq etməsinə cavab olaraq qəbul edilib.
Lakin, ABŞ-ın Fransa ilə ticarət danışıqlarındakı nümayəndəsi əlavə rüsumların tətbiqinin 180 gün müddətinə təxirə salınmasına nail olub. Odur ki, qərar 6 aydan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Fransada milli rəqəmli verginin tətbiqi Avropa Komissiyası tərəfindən təklif olunmuş vergi layihəsinin Avropa İttifaqı İqtisadiyyat və Maliyyə Şurası tərəfindən qəbul edilməsindən sonra baş tutub.
Yeni qanun dünyadakı dövriyyəsi 750 milyon avrodan, Fransadakı dövriyyəsi 25 milyon avrodan artıq olan, internetdəki reklam, alış-veriş, həmçinin informasiya aqreqatorluğu sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edir. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












