Abşeron yarımadasında ciddi su qıtlığı yaşanacaq - Ekoloqdan XƏBƏRDARLIQ

Abşeron yarımadasında artıq ciddi su qıtlığı yaşanır. Təsadüfi deyil ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anbarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdır.
Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, su qıtlığının tək səbəbi ölkəmizə yağıntıların az düşməsidir:
“Düşən də qar şəklində düşür. Onun da əriməsi zaman istəyir. Azərbaycanda, onsuz da, yağıntılar qışın axırı, yazın əvvəlləri başlayır. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox düşüb.
Suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi düşdüyündən həmin canlıların da məhvolma təhlükəsi artır”.
Ekoloq onu da qeyd edib ki, Taxtakörpü su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli düşüb:
“Hələ Samur çayını demirəm. SSRİ dövründə Samurun su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarın əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










