Abşeronda azyaşlı oğlunu velosiped oğurlamağa təhrik edən ata saxlanılıb - FOTO

Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən rədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib. Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb. Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarınını həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Polisin keçirdiyi əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib.
Qeyd olunan faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb













