Abşeronda kafedə adam öldürən şəxsin məhkəməsi başlayır

Abşeronda qətl törətməkdə təqsirləndirilən Orxan Gərayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi baxılması üçün hakim Telman Hüseynovun icraata verilib.
Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında Pirəkəşkül qəsəbəsində baş verib.
Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, yerləşən “Avropa” kafesində şəxsi münasibətlər zəminində mübahisə düşüb.
1984-cü il təvəllüdlü Gərayev Orxan Əmirxan oğlu üzərində olan “Makarov” tipli tapança ilə 1991-ci il təvəllüdlü paytaxt sakini Xəlilov Kamran Əli oğluna xəsarət yetirib.
Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
O.Gərayevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib. (APA)
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












