Abşeronda karantini pozan dönərxana və kafe aşkarlandı - FOTO + VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Qurtuluş” qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Anar Məmmədovun işlətdiyi obyektdə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, obyektə baxış zamanı oranın sahibi və daha 5 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 200 manat məbləğində cərimə olunublar.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Masazır qəsəbəsində gizli fəaliyyət göstərən obyekt aşkar olunub. Polislər tərəfindən Səbuhi Nağıyevə məxsus “Ocaq” restoranına baxış zamanı oranın sahibi və 6 nəfər müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.
Hər iki obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibati həbs cəzası gözləyəcək.
Namiq Musayev

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












