Abşeronda kirayə qaldığı evlərdən oğurluqlar edən şəxs saxlanılıb - FOTO

Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən mənzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb.
Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub. Məhəmməd Abdullayev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












