Abşeronda velosiped oğrurlayan tutuldu - FOTO

Abşeron rayonu Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub.
Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosiped oğurladığı məlum olub. Cavid Mirzəyev oğurladığı velosipedləri isə paytaxt ərazisində dəyər-dəyməzinə satıb. Polis əməkdaşları tərəfindən onun qəsəbə yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Cavid Mirzəyev ifadəsində həmçinin paytaxtda “Şamaxinka” adlanan ərazidən bir ədəd motosiklet oğurladığını bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












