Adam oğurluğunda ittiham olunan dəstə məhkəməyə çıxarılır

Adam oğurluğunda ittiham olunan Emin Əliyev, Fərid Əliyev və Asim Quliyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu cinayət işi fevral ayında ayında məhkəməyə göndərilsə də, təqsirləndirilənin müdafiə hüququnun pozulması əsas gətirilərək iş yenidən prokurorluğa qaytarılmışdı.
Həmin şəxslər 2019-cu ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarovu oğurlayaraq pul tələb etməkdə təqsirləndirilirlər.
Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını, silahlı şəxslərin onu avtomobilə oturdaraq naməlum istiqamətə apardığını bildirib.
Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın həmin şəxslərə yalnız 8 000 manat verə bilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.
Məlum olub ki, saxlanılan şəxslər Yasin Bəxtiyarovun anası Səbirə Bəxtiyarov ilə telefon vasitəsi ilə əlaqə saxlayıblar. Oğlunun buraxılması müqabilində anadan pul tələb ediblər.
Bu səbəbdən Səbirə Bəxtiyarova da oğlu ilə birlikdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq araşdırması zamanı dəstə üzvlərinin başqa cinayətləri də ortaya çıxıb.
Onlara Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham verilib.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












