Adnan Əhmədzadənin xanımının Londonda şirkətləri var imiş - FAKTLAR

Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova bir müddət əvvəl Azərbaycanı tərk edərək Londona yerləşib. Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, 33 yaşlı Gülsəfa Cəfərova daha öncə də uzun müddət Londonda yaşayıb və onun burada bir neçə şirkəti olub. Bu şirkətlərdən biri də “Solidis London” LTD olub. 2023-cü ilin mayın 16-da ləğv olunan şirkətin ünvanı Oksford küçəsində yerləşib.

Gülsəfa Cəfərovaya məxsus daha bir şirkət isə AA PROPERTIES 2000 LTD olub. Adnan Əhmədzadə tərəfindən təsis olunan, hazırda isə reysterdən çıxarılaraq ləğv olunan şirkətin öncəki direktoru Nigar Kərimli olsa da, 7 iyul 2020-ci il tarixdə Gülsəfa Osman qızı Cəfərova bu vəzifəni ondan təhvil alıb.
Gülsəfa Cəfərova şirkəti reyestrdən çıxarmaq üçün 30 oktyabr 2023-cü ildə ərizə ilə müraciət edib.
Şirkətin ünvanı Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR olub.

Adnan Əhmədzadənin xanımının hazırda aktiv fəaliyyət göstərdiyi şirkəti isə MEDUSA 622 LTD-dir.
Bu şirkətin tərkibinə Londonda fəaliyyət göstərən lüks gözəllik salonları daxildir. Şirkətin ünvanı Londonda 10 Beauchamp Place küçəsində yerləşir.
Maraqlıdır ki, şirkət Adnan Əhmədzadənin həbsindən sonra - yəni, sentyabrın 22-də gələcək fəaliyyətinin qanuni olduğunu bəyan edib.
Qeyd edək ki, Adnan Əhmədzadə Azərbaycan iqtisadiyyatına təxribatda ittiham olunaraq həbs edilib.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












