ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

Azərbaycan Dəmir Yolları (ADY) son illər ətraf mühitin qorunması istiqamətində fəaliyyətini daha da genişləndirib. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə bağlı ADY-nin yaydığı məlumatda bildirilir ki, hazırda ölkədə yük və sərnişin daşımalarının 90 faizi elektrik enerjisi ilə işləyən lokomotiv və qatarlar vasitəsi ilə həyata keçirilir ki, bu da havanın təmiz qalmasına əhəmiyyətli dərəcədə müsbət təsir gostərir.
Bu barədə Avtosfer.az ADY-yə istinadən xəbər verir.
Son dövrlər ADY dəmir yolu xətlərində modernizasiya işlərini aparmaqla yanaşı, ekologiya ilə dost olan lokomotiv və vaqon parkının zənginləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirib.
Buna misal olaraq Fransanın “Alstom” şirkətindən alınmış 10 ədəd elektrovozu göstərmək olar. Hazırda bu lokomotivlər yük və sərnişin daşımalarında geniş istifadə olunur.
Azərbaycan Dəmir Yolları son 5 ildə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan ikimərtəbəli elektrik qatarları alaraq, onları Abşeron dairəvi dəmir yolu xətti və Bakı-Gəncə istiqamətində istismara verib. Bu qatarlarda quraşdırılmış müasir avadanlıq və sistemlər sərnişinlərə komfort və təhlükəsizliyin zövqünü yaşatmaqla yanaşı, enerji sərfiyyatının azaldılmasına da xidmət edir.
Mütəxəssislərin hesablamalarına görə, bir “Stadler” qatarı 15 avtobus və ya 96 minik avtomobilin sərnişinini daşımaq iqtidarındadır. Digər nəqliyyat vasitələri atmosferi karbon qazı ilə çirkləndirdiyi halda, bu elektrik qatarlarının havaya CO2 tullantısı sıfıra bərabərdir. Bununla yanaşı, “Stadler”-lərin hərəkət etdiyi xətlərdə yeni calaqsız yol infrastrukturu yaradılmışdır ki, bu da səs çirklənməsinin qarşısını almağa imkan verib.
Qeyd edək ki, son dörd ildə Azərbaycan Dəmir Yollarına aid ərazilərdə 43 minə yaxın ağac, 140 hektar ərazidə kol bitkiləri əkilib. Bu il yaranmasının 140-cı ilini qeyd edən “Azərbaycan Dəmir Yolları” QSC təsərrüfatlarında ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, eləcə də ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir.
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










