"ADY Express": Azərbaycan dəmir yollarında neft məhsullarının daşınmasının təhlükəsizliyi təmin edilir

“ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası ölkə ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini davam etdirir.
Bu barədə “Report”a qurumdan məlumat verilib.
Bildirilir ki, regionda yeganə bu cür stansiya olan Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malikdir. Belə ki, çən vaqonlarında neft və yanar qazların qalıqlarının təmizlənməsi, bu cür yüklərin dəmir yolu vasitəsi ilə daşınmasının əsas təhlükəsizlik tədbirlərindən sayılır.
Bundan başqa, "ADY Express" şirkəti xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan təhlükəsizlik tədbirləri həyata keçirib. Stansiyada növbəli iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib və beləliklə, stansiyanın fasiləsiz fəaliyyəti təmin edilib.
Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 1 280 çən vaqonun içəridən və 65 vaqonun xaricdən yuyulması həyata keçirilib. Bununla stansiya Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin təhlükəsiz həyata keçirilməsinə öz töhfəsini vermiş olub.
Sonda bir daha əhalini Azərbaycan Hökumətinin tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə çağırırıq.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












