ADY göstərdiyi fəallığa görə təltif edildi - FOTO
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vətəndaşların müraciətlərinə baxılması və qeyd olunan problemlərin həllində fəal iştirakına görə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) tərəfindən təltif olunub. 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə keçirilən dəyirmi masada bildirilib ki, ADY daxil olan vətəndaş müraciətlərinin cavablandırılmasında və operativ həllində xüsusi aktivlik nümayiş etdirib. Bununla bağlı olaraq, ADY nümayəndələrinə təşəkkürnamə təqdim edilib.
Məlumat üçün bildirək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsi çərçivəsində icra edilir. Layihənin icraçısı "MG Consulting" MMC-dir.
Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platformasının məqsədi vətəndaşları narahat edən infrastruktur, kommunal, yol təsərrüfatı və digər sahələrlə bağlı müraciətləri aidiyyəti qurumlara yönləndirmək və onların həllinə nail olmaqdır. Platforma eyni zamanda ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirir.


Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












