“ADY Konteyner”: Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olmayacaq

“Koronavirus İrandan Azərbaycan ərazisi ilə həyata keçirilən yükdaşımalara ciddi təsir göstərməyəcək”.
Avtosfer.az “Report”-a istinadən məlumatına görə, bunu “Caspian European Club”un dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteryner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov deyib.
Onun sözlərinə görə, regionda yayılma təhlükəsi olan koronavirus logistika sahəsində bir sıra problemlər yaradıb: “İrandan gələn yükdaşımalarda azalma nəqliyyat sahəsində yox, logistika sahəsində qeyd alınıb. Çünki anbarda nəql etməyə məhsul olmursa, bu artıq logistika ilə bağlı problemdir”.
Dəmir yolu rəsmisi qeyd edib ki, əsas daşıma istiqamətimiz olan Çində bəzi müəssisələr və zavodlar istehsalın həcmini aşağı salıblar: “Hər il konteynerlə yükdaşımalar ən azı 50% artır. Eyni dinamikanı bu il də gözləyirik. Koronavirusun nəqliyyat sahəsinə böyük təsirinin olacağını proqnozlaşdırmırıq”.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











