"ADY Konteyner" təmassız yükdaşımaya başlayır

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner" MMC koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yükdaşımada təmassız keçidi təmin etmək üçün bu gündən fider tipli Balkan gəmisinin istifadəsinə başlayır.
"Report" xəbər verir ki, bu barədə şirkətin direktoru Natiq Cəfərov məlumat verib.
Onun sözlərinə görə, 120 TEU tutumu olan bu gəmi ilə Türkiyədən Azərbaycan ərazisi ilə Orta Asiya ölkələrinə konteyner yükləri daşınacaq: "Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş fider tipli Balkan gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, bu gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə "ADY Konteyner"lə yanaşı, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Türkiyənin logistika mərkəzi dəstək verir".
N.Cəfərov əlavə edib ki, növbəti mərhələdə Türkiyənin İstanbul şəhərinin Dərinci limanından, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, onlar Orta Asiyaya daşınacaq.
Direktor fider tipli Balkan gəmisinin post koronavirus dövründə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirib: "Hələ ki, gəmidən istifadə olunması pandemiyanın yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır. Konteynerləşdirmə prosesi davam etdikcə gəminin istifadəsi daimi xidmət xarakteri daşıyacaq".
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











