Aeroportda COVID-19 xəstələrinin aşkarlanması üçün itlərdən istifadə edilir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin beynəlxalq aeroportu koronavirusla mübarizəyə kinoloq və itləri cəlb etməyə başlayıb. İtlər koronavirus infeksiyasına yoluxan insanları iyləyərək tapacaq. Tədqiqatın nəticələri infeksiya ilə mübarizədə iybilmə qabiliyyətinin dəqiqliyinin 82 faiz olduğunu göstərib. İybilmə qabiliyyəti çox kəskin olan itlər əsasən partladıcı maddə və narkotik vasitələrin axtarışında istifadə edilir. İtlərə koronavirusu aşkar etmə bacarığının aşılanması ciddi və uzun sürən prosesdir. Bunun üçün laboratoriya, xüsusi avadanlıq və xəstə insanların təri lazımdır. Dubay aeroportu yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə itlərdən istifadə etmək qərarına gələn ilk hava limanıdır. Qeyd edək ki, iyul ayından etibarən Dubay turistlər üçün açıq şəhər elan olunub. Bura səyahət etmək istəyən turistlər şəhərə gəlmədən 96 saat ərzində COVID-19 testi verməlidir. (AZƏRTAC)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












