Aeroportda ixtisarlar planlaşdırılır

COVID-19 pandemiyasının ciddi təsirinə məruz qalan Paris aeroport qrupu 700 iş yerini ixtisar etməyi planlaşdırır. Layihə aeroport öz fəaliyyətini bərpa edənədək işçilərin könüllü şəkildə ixtisar edilməsini ehtiva edir.
Aeroportun həmkarlar ittifaqı ilə aparılan danışıqlar zamanı könüllü gediş tədbirlərini ehtiva edən kollektiv müqavilənin ləğvi layihəsi təqdim edilib.
Bildirilib ki, Paris aeroportunda ləğv olunan 1400 iş yerindən 700-ü bərpa edilməyəcək. Uzun müddətdir həmkarlarla danışıqların əsas məqsədi ixtisarların 6300 işçisi olan Paris aeroportunun iqtisadi və sosial modelinə uyğunlaşdırılması olub.
Aeroport işçilərinin müstəqil həmkarlar təşkilatı (SAPAP) isə əməkhaqqının endirilməsi və iş saatının artırılması ilə ildə 59.3 milyon avro qənaəti hədəfləyən kollektiv icra müqaviləsinin son dərəcə kəskin tədbir olduğunu qeyd edib. Bu tədbirlərin görülməsində çox şəffaf və ədalətli danışıqlar aparılması üçün daha dərin təhlilə ehtiyac olduğunu və rəhbərliyin bu böhran fürsətindən istifadə etməsinə icazə verməyəcəyini diqqətə çatdırıb. (AZƏRTAC )
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











