Ağcabədidə “Evdə qal” devizi altında aksiya keçirilib - FOTO

Ağcabədidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “Evdə qal” devizi altında aksiya keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin yerli qurumunun və Polis Şöbəsinin əməkdaşlarının birgə təşəbbüsü ilə rayon ərazisində yaşayan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı insanlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Eləcə də hər bir sakinlə maarifləndirici söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcək bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsinin önəmli olduğu vurğulanıb.
Namiq Musayev





Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











