Ağcabədidə külli miqdarda heroin dövriyyədən çıxarıldı - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, Ağcabədi rayon Avşar kənd sakinləri Zaur Hüseynov və Elşən Hüseynovun narkotik maddə olan heroini Avşar kəndi ərazisində satmaları barədə RPŞ-yə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Elşən Hüseynov və Zaur Hüseynovun 1 kiloqram heroini 20 min manata satmaq istədikləri müəyyən edilib.
Keçirilən əməliyyat tədbiri nəticəsində E.Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib, Z.Hüseynovun isə saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bununla da polis əməkdaşları tərəfindən külli miqdarda heroinin realizə olunmasının qarşısı alınıb.
Tədbirlərin davamı olaraq hal şahidlərinin iştirakı ilə Z.Hüseynovun yaşadığı evə də baxış keçirilib və oradan 100 qram heroin, 16 qramdan artıq psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












