Ağdam-Xankəndi yolunun Laçın-Xankəndi yolundan daha yaxşı olmasının səbəbi - VİDEO

Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan bütün parametrləri ilə geridə qalır. Birinci yol dağların ətəyində, dar dolambaclarda salınıb. Bu, TIR-ların hərəkətini, xüsusən də qış mövsümündə, çətinləşdirir və yüklərin çatdırılması sürətini azaldır. Ağdam-Xankəndi yolu isə düzdür, örtüyü yaxşıdır. İstənilən hava şəraitində orada hərəkət etmək rahatdır.
Bu barədə Caliber.Az-ın xəbərində deyilir.
Qeyd olunur ki, Ağdam-Xankəndi yolu digər marşrutdan iki dəfə qısadır. Ağdam və Xankəndi arasındakı məsafə təxminən 25-26 kilometrdir. Çatma müddəti 30-35 dəqiqədir.
“Laçın-Xankəndi yolu isə təxminən 60-62 kilometrdir. Müvafiq olaraq çatma vaxtı da 1-1,5 saat çəkəcək. Bu da ancaq mülayim hava şəraitində mümkündür.
Bütün bu faktları nəzərə alaraq, Ağdam-Xankəndi yolunun açılması daha məqsədəuyğundur. Bu marşrut Qarabağ erməniləri üçün sərfəlidir. Çünki bu yolla təhlükəsiz və qısa müddətdə istənilən yükün çatdırılması mümkündür.
Ağdam-Xankəndi yolu Qarabağ regionunun iqtisadiyyatını daha tez zaman kəsiyində bərpa etməyə imkan yaradacaq və Cənubi Qafqaza sülh gətirəcək”, - xəbərdə bildirilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












