Ağdamın işğalı ilə bağlı virtual təbliğat aksiyası başladı - FOTO - VİDEO

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 23 iyul Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27 - ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Avtosfer.az xəbər verir ki, Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın verdiyi məlumata görə, aksiya çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), YouTube kanalında (www.youtube.com/virtualkarabakhtv ) və rəsmi feysbuk səhfəsində (www.facebook.com/virtualkarabakh/) Ağdam rayonu və onun işğalının acı nəticələri ilə bağlı təqdim olunan məlumatların, infoqrafikaların, filmlərin, digər foto və video materialların gənclərin aktiv iştirakı ilə müxtəlif sosial şəbəkələrdə paylaşılması həyata keçiriləcək.
Nazirliyin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin hazırladığı “Aghdam - virtual visit / Ağdam - virtual səyahət” 3 D qrafik təsvirli film "Aghdam - virtual visit" / "Ağdam - virtual səyahət" adlanır.
Aksiya zamanı aşağıdakı həştəqlərdən istifadə olunacaq:
#Azerbaijan #Ağdam #Ağdamsız27il #Aghdam #27yearswithoutAghdam #Агдам #Karabakh #Qarabağ #Карабах #KarabakhConflict #Knowarmenia #STOParmenia #stoparmenianagression #NKpeace #StopArmenianOccupation #ArmenianTerrorists #JusticeForInternationalLaw #armenianvandalism #KarabakhNow #armenia #армения #armeniaNow #OSCE #OSCEMG #ARGİN #MYS #virtualkarabakh #AllforKarabakh




Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












