Ağdaşda sanitar norma və qaydalara əməl etməyən kafe aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ağdaş şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Əhmədov Natiq Mahmud oğluna məxsus ictimai iaşə müəssisəsində reyd keçirib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı kafedə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət olunmadığı aşkarlanıb.
Agentlik əməkdaşlarına sanitar geyimlə təmin olunmayan işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar, eləcə də istifadə olunan qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim edilməyib. Reyd zamanı işçilərin işə başlamazdan əvvəl və vaxtaşırı olaraq dezinfeksiyaedici məhlullardan istifadə etmədikləri də məlum olub.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












