Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində əməl edilməsi məqsədilə tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reyd zamanı obyektlərdə satıcı və müştərilərlə, küçədə hərəkət edən sakinlərlə, eləcə də sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Onlara tibbi maskalardan istifadənin zəruriliyi və sosial izolyasiya qaydalarına əməl etmələrinin vacibliyi bildirilib. Rejim qaydalarını pozan, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Namiq Musayev



Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











