Ağrıdağın zirvəsindən dünyaya “Qarabağ Azərbaycandır!” çağırışı edilib

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) fəalları Ağrıdağın hündürlüyü 5 137 metr olan zirvəsində “Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!” (“StopArmenianAgression”) və “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan”) şüarları yazılmış plakatı nümayiş etdirməklə Azərbaycana dəstək aksiyası keçiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi TÜRKAZDER fəalları bu qürurverici addımla həm də Azərbaycan Diaspor Könüllülərinin bütün sosial media şəbəkələrində #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqləri ilə apardıqları kampaniyanı, “KarabakhisAzerbaijan” “YouTube” kanalını dəstəklədiklərini, azərbaycanlı gənclərlə yekdil və həmrəy olduqlarını bildiriblər.
Ağrıdağdakı aksiya zamanı dərnək fəalları Ermənistanın törətdiyi hərbi təxribatlara və Azərbaycanın əzəli torpaqlarını işğal etməsinə etirazlarını bildiriblər.
Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Ermənistandan tələb edən gənclər bu məqsədlə ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsində “Qarabağ Azərbaycandır!” plakatını qaldıraraq, Türkiyədən bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan ediblər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












